Biləsuvarda pambıq yığımından qayıdan tibb işçiləri qəzaya düşdü- 20 yaralı (YENİLƏNİB)





Biləsuvarda xəstəxana işçiləri pambıq yığımından qayıdan zaman ağır yol nəqliyyat hadisəsi keçiriblər.



Bu gün Biləsuvar Mərkəzi Xəstəxanasının texniki işçiləri pambıq yığımından qayıdan zaman onları gətirən avtomobil kanala yuvarlanıb.

İlkin məlumata görə maşında olan 20 nəfirin hamısı müxtəlif tipli bədən xəsarətləri alıb. Onlardan 4 -ü yügül xəsərat aldığı üçün ilkin tibbi yadım göstərildikdən sonra evə buraxılıb.16 nəfərin vəziyyətinın ağır olduğu bildirilir. (qazeta.info)

***

Hadisə sentyabr ayının 19-da baş verib. Maraqlısı isə həm də odur ki, tibb işçiləri pambıq yığımına xəstəxananın təcili yardım maşını gediblər. Qəza tibb işçiləri panbıqdan qayıdan zaman baş verib.

Qəza nəticəsində çoxlu sayda tibb işçisinin xəsarət aldığı bildirilir.

Hadisəni Biləsuvar Rayonu Mərkəzi Xəstəxanasından tsəqdiqləyiblər. Xəstəxanadan verilən məlumata görə, yaralılar arasında ölən olmayıb:

“Yaralılardan birinin vəziyyəti ağırdır. Hazırda reanimasiya şöbəsindədir. Digər bir nəfərin vəziyyəti də bir qədər ağırdır. Palataya köçürülüb, müalicəsi davam edir. Xəsarət alanların bəziləri evə buraxılıb. Bəzi yaralıların isə müalicələri davam etdirilir”.

Qeyd edək ki, sentyabr ayının 18-də sözügedən xəstəxananın baş həkimi Nizami Mehdizadənin oğlu da Bakıda qəza törətmişdi. Məlumata görə, Teymur Əliyev küçəsində 10 ST 908 dövlət qeydiyyat nişanlı "Leksus" markalı avtomobili idarə edən Mehdizadə Toğrul Nizami oğlu yolu keçən 1986-ci il təvəllüdlü Ağayev Ramin Ramiz oğlunu vurmuşdu. Nəticədə ağır xəsarət alan piyada dünyasını dəyişmişdi.

N.Mehdizadə baş həkim vəzifəsinə bu ilin iyun ayında təyin edilib. (axar.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu