Yasamalda yataqxanada yanğın




Sentyabrın 22-də səhər saatlarında Yasamal rayonunda yataqxana binasında yanğın baş verib.

AFN Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, ilkin məlumata əsasən, binanın üçüncü mərtəbəsində mənzildə 12 kvadratmetr sahədə ev əşyaları yanıb. Yanğın zamanı binadan 10 nəfər təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub, alov saat 09:51-də söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu