İcra Hakimiyyətinin maşını qəzaya düşdü




Mingəçevir şəhərində bir qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.



”Report” xəbər verir ki, hadisə 20 Yanvar küçəsinin Heydər Əliyev prospekti ilə kəsişmə nöqtəsinə yaxın ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes” və “Mitsubishi” markalı avtomobillər toqquşub. Qəza nəticəsində “Mitsubishi”də olan mingəçevirli qadın Ağayeva Diliş Mehman qızı ağır xəsarət alıb. Yaralı taksi ilə şəhər xəstəxanasına çatdırılıb.

Saytın əldə etdiyi məlumata görə, qəza törədən “66 AA 155” dövlət qeydiyyat nişanlı “Mercedes” Yevlax Rayon İcra Hakimiyyətinə məxsus xidməti avtomobildir.

Hadisə ilə bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu