Respublika Klinik Xəstəxanasında xəstə intihar etdi




Bu gün Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında intihar edən şəxsin kimliyi məlum olub.



İsmayıllı rayon sakini, 1967-ci il təvəllüdlü Ağayev Cavid Səmi oğludur. O, özünü xəstəxananın dördüncü mərtəbəsindən atıb.

C.Ağayev bir həftədir ki, xəstəxanada nevroloji müalicə alırmış.

C.Ağayev müalicə aldığı müddətdə onun yanında oğlu olub. Lakin intihar zamanı oğlu yatıbmış.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. (report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu