Qatar Moskva-Bakı avtobusunu parçaladı: 19 nəfər həlak oldu-VİDEOLAR


Qatar Moskva-Bakı avtobusunu parçaladı:


Ötən gecə Rusiyanın Vladimir şəhərinin yaxınlığında Sankt-Peterburq – Nijni Novqorod sərnişin qatarı Moskva vilayətindən Azərbaycana gələn sərnişin avtobusu ilə toqquşub.



Virtualaz.org “Pervı kanal”a istinadən xəbər verir ki, hadisə nəticəsində, ilkin məlumatlara görə, 19 nəfər həlak olub. Bunlardan biri uşaqdır.

Yerli mənbələr bildirir ki, avtobusun sürücüləri iki nəfər olub – bunlardan biri Azərbaycan, digəri isə Özbəkistan vətəndaşıdır. Avtobusun sərnişinlərinin isə Azərbaycan və Qazaxıstan vətəndaşları olduğu bildirilir. Nəqliyyat vasitəsi özü Qazaxıstanda qeydiyyatdan keçib.

Məlumatlara görə, Pokrovka stansiyası yaxınlığında dəmir yolu xəttinin üzərində Qazaxıstan dövlət nömrə nişanlı sərnişin avtobusunun mühərriki sönüb. Sürücü sərnişinlərdən avtobusu itələyərək dəmir yolundan uzaqlaşdırmağı xahiş edib. 10-15 nəfər aşağı düşüb, lakin bu vaxt stansiyanın əməkdaşlarından biri “Qatar gəlir!” deyə qışqırıb və avtobusdakılar tələsik nəqliyyat vasitəsini tərk etməyə başlayıblar, Iakin gec olub.



Linkə daxil olaraq digət videolara baxa bilərsiniz:

ren.tv

ren.tv



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu