Hacı İbrahimin bacısı oğlu faciəvi şəkildə öldü


Hacı İbrahimin bacısı oğlu faciəvi şəkildə öldü


3 gün əvvəl İmişli rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.



AFN lent.az-a istinadən xəbər verir ki, Hacıqabul-Horadiz yolunun İmişlinin Gövhərli kəndi ərazisindən keçən hissəsində ekskavatora çırpılan pikapda vəfat edən Qaradağ rayon sakini İbrahimov Vüsal Vidadi oğlunun tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin bacısı oğlu olduğu ortaya çıxıb.

Vüsal İbrahimov xeyli vaxt imiş ki, biznesmenin İmişli rayonu ərazisindəki qum-çınqıl obyektlərinə nəzarət edirmiş və tez-tez bu rayona gedib-gəlirmiş.

Faktla bağlı cinayət işi açılıb, qəzanın səbəbləri araşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu