Göyçay sakini traktorun təkəri altında qalaraq öldü


Göyçay sakini traktorun təkəri altında qalaraq öldü


Göyçay sakini traktorun təkəri altında qalaraq ölüb.

APA-nın məlumatına görə, hadisə bu gün Göyçay rayonunun Potu Şıxlı kəndində baş verib.

Kənd sakini, 1961-ci il təvəllüdlü Baxışov Urfan Heydər oğlu hərəkətdə olan qoşqulu traktorun yük yerindən yıxılıb və təkərin altında qalaraq ağır bədən xəsarətləri alıb.

U. Baxışov Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu