Salyanda naməlum avtomaşının vurduğu 7 yaşlı uşaq ölüb


Salyanda naməlum avtomaşının vurduğu 7 yaşlı uşaq ölüb


Bu gün axşam saatlarında Ələt-Astara avtomobil yolunun Salyan şəhərinin ərazisindən keçən 59-cu kilometrində “Ay işığı” mağazasının qarşısında piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, yaxınlıqdakı binada yaşayan 7 yaşlı Salyan şəhər sakini Əhmədov Ayxan Sabir oğlu mağazadan çıxıb evlərinə getmək istəyərkən onu naməlum, ağ rəngli VAZ-2107 markalı avtomaşın vurub.

Uşaq xəstəanaya gətirilərkən yolda keçinib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən piyadanı vuraraq hadisə yerindən qaçmış sürücünün axtarışı aparılır.

Faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırmalara başlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu