Bakıda liftin şaxtasına düşən fəhlə öldü


Bakıda liftin şaxtasına düşən fəhlə öldü


Bakıda fəhlə faciəli şəkildə həyatını itirib.



APA-nın məlumatına görə, Yasamal rayonu H. Zərdabi küçəsində tikilməkdə olan çoxrmərtəbəli binada fəhlə işləyən 1966-cı il təvəllüdlü Əlövsət Xəlilov liftin şaxtasına düşüb.

Ə. Xəlilov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 222.3-cü (tikintidə təhlükəsizlik qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu