Atatürk hava limanında baş vermiş qəzada 8 nəfər yaralanıb


Atatürk hava limanında baş vermiş qəzada 8 nəfər yaralanıb


İstanbulun Atatürk hava limanında əməkdaşları daşıyan avtobus başqa avtobusla toqquşub. Yerli mətbuat yazır ki, hadisə nəticəsində 8 nəfər yaralanıb.



Qəza bu gün səhər yerli vaxtla 06:30-da baş verib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, noyabrın 8-də də Atatürk hava limanında qəza baş vermişdi. Həmin hadisədə 4 nəfər yaralanmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu