Nazirlik jurnalistin ölümü ilə bağlı məlumat yaydı


Nazirlik jurnalistin ölümü ilə bağlı məlumat yaydı


Daxili İşlər Nazirliyi Bakıda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirliyin mıtbuat xidmətindən verilən xəbərə görə, dekabrın 11-də saat 23 radələrində Səbail rayonunun A.Quliyev küçəsində Bakı şəhər sakini İlqar Quliyev idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən paytaxt sakini Sabit Məmmədovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada dekabrın 12-də orada ölüb. Səbail RPİ tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, vəfat edən Sabit Məmmədov (Emin Sabit imzası) “Təzadlar” qəzetinin əməkdaşı, jurnalist olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu