Hindistanda avtobus qəzası: ölənlərin sayı 36-ya çatıb, 11 nəfər itkin düşüb


Hindistanda avtobus qəzası:


Hindistanın Qərbi Benqaliya ştatında sərnişin avtobusunun çaya aşması nəticəsində ölənlərin sayı azı 36-ya çatıb, 11 nəfərin taleyi isə məlum deyil.

"New Indian Express" nəşrinin yaydığı məlumata görə, Karimpur şəhərindən Maldaya gedən avtobusda 56 nəfər olub. İstintaqın fikrincə, sürücü pis görüntü səbəbindən idarəetməni itirib.

Qəzet yazır ki, çaydan 36 cəsəd, o cümlədən 9 qadının və 2 uşağın meyiti çıxarılıb. Hələlik yalnız 14 cəsədi tanımaq mümkün olub. 9 nəfər xəstəxanaya yerləşdirilib, 11 nəfərin taleyindən isə heç bir xəbər yoxdur. Avtobus çaya aşdıqdan sonra sərnişinlərin çoxu nəqliyyat vasitəsindən çıxa bilməyib.

Polis və təcili xidmətlər hadisə yerinə çox gec gəldiklərindən yerli sakinlər sərnişinlərə kömək etməyə başlayıblar. Xilasedicilər və polislər gəldikdə isə insanlar onları daşa basıb və bir neçə polis avtomobilini aşıraraq yandırıblar.

Avtomobil yollarında sıxlıq, yol örtüyünün pis vəziyyətdə olması və sürücülərin intizamsızlığı Hindistanda ağır yol-nəqliyyat hadisələri ilə müşayiət edilir. Rəsmi məlumata əsasən, ölkədə qəzalar hər gün 400, il ərzində isə təxminən 150 min insanın həyatına son qoyur.(Azərtac)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu