Xızıda güclü yanğın: anbar və 4 avtomobil yandı


Xızıda güclü yanğın: anbar və 4 avtomobil yandı


Xızıda güclü yanğın hadisəsi qeydə alınıb.

AFN Fövqəladə Hallar Nazurliyinin saytına istinadən bildirir ki, hadisə rayonun Giləzi qəsəbəsində baş verib.

Məlumata əsasən, vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 30 m2 olan anbarın içərisində 5 ton ot bağlamasının 600 kq-ı və anbara bitişik talvarın altında olan 3 ədəd minik və 1 ədəd yük avtomobili qismən yanıb.

Anbar və avtomobillərin qalan hissələri yanğından mühafizə olunub.

Yanğın söndürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu