H.Əliyev prospektində baş verən qəzayla bağlı AÇIQLAMA


H.Əliyev prospektində baş verən qəzayla bağlı


Dünən Nərimanov rayonunda baş verən dəhşətli qəza ilə bağlı rəsmi açıqlama verilib.



AFN Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, fevralın 16-da saat 17 radələrində Nərimanov rayonunun H.Əliyev prospektində Bakı şəhər sakinləri Rəhim Manafovun idarə etdiyi “Opel”, Eldəniz Məcidovun idarə etdiyi “Toyota” , Samirə Əliyevanın idarə etdiyi “Volkswagen” və Namiq Kərimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə R.Manafovun sərnişinlərindən Bakı şəhər sakinləri Rasim Manafov və Oleq Sinkov hadisə yerində ölüb, sürücü və digər 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu