Abşeronda güclü partlayış: Yaralılar var-FOTOLAR


Abşeronda güclü partlayış:


Abşeron rayonunun Saray qəsəbəsində vətəndaşa məxsus çörək sexində güclü partlayış baş verib.



AFN Report-a istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ağır xəsarəti alıb.

Hadisə nəticəsində sexdə olan 3 nəfər - 1972-ci təvəllüdlü Natiq Əmrah oğlu Əmrahov, 1967-ci il təvəllüdlü Qızılgül Əzim qızı Əmrahova və 1984-cü il təvəllüdlü Elmira Qardaşxan qızı Əmrahova ağır yanıq xəsarətləri alıb. Onlar dərhal Sumqayıt şəhər TTYX-ya çatdırılıblar. Yaralılardan ikisinin vəziyyəti ağır olduğundan Bakı şəhərinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Abşeronda güclü partlayış:

Abşeronda güclü partlayış:



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu