Gəncədə təcili tibbi yardım maşını qəzaya düşdü


Gəncədə təcili tibbi yardım maşını qəzaya düşdü


Tovuzdan Gəncəyə yaralı aparan təcili tibbi yardım avtomobil qəzaya uğrayıb.

APA-nın verdiyi məlumata görə, hadisə Yeni Gəncə qəsəbəsi ərazisində qeydə alınıb. Ötən gecə Tovuzda avtomobillə vurulan Şəmkir rayon sakini, 1996-cı il təvəllüdlü Sadıqov Hikmət Rəfail oğlu Gəncədə olan özəl klinikaların birinə aparılarkən avtomobil yolda digər bir maşınla toqquşub. Qəza zamanı başqa xəsarət alan olmayıb. H. Sadıqov ayrı bir təcili tibbi avtomobillə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu