Bakıda yük maşını ana və iki uşağını vurdu- sürücü qaçıb


Bakıda yük maşını ana və iki uşağını vurdu-


Paytaxtda ana və iki uşağını maşın vurub.



APA-nın məlumatına görə, hadisə Xətai rayonu, “Nargilə” kafesi yaxınlığında qeydə alınıb. Azər Kərimov idarə etdiyi “Hyundai” markalı yük maşını ilə idarəetməni itirərək yolun əks istiqamətinə çıxıb və piyadalar – 1984-cü il təvəllüdlü Aygün Əliyevanı, onun övladları – 2012-ci il təvəllüdlü Rəna Əliyeva və 2008-ci il təvəllüdlü Almaz Əliyevanı vurub. Xəsarət alan ana və övladları xəstəxanaya yerləşdirilib.

A.Kərimov hadisəni törədəndən sonra qaçıb. Hazırda onun yerinin müəyyən edilərək tutulması istiqamətində axtarışlar davam etdirilir.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, istintaq gedir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu