Rusiyada hərbi helikopter qəzaya uğradı: Ölənlər var


Rusiyada hərbi helikopter qəzaya uğradı:


Rusiyaya məxsus “Mi-8” helikopteri Çeçenistanda qəzaya uğrayıb.

Bu barədə “TASS” agentliyi məlumat yayıb.
İlkin məlumatlara əsasən, hadisə nəticəsində 2 nəfər ölüb, bir nəfər yaralanıb. 4 nəfərin isə taleyi məlum deyil. Helikopterin Rusiya Sərhəd Xidmətinə məxsus olduğu bildirilir.

Qəza Çeçenistanın İtum-Kalinski rayonunda, Gürcüstanla sərhəddən 8 kilometr aralıda baş verib. Qəzanın baş vermə səbəbləri araşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu