Ağsuda dəhşətli qəzada ölənlərin kimliyi bəlli oldu- YENİLƏNİB


Ağsuda dəhşətli qəzada ölənlərin kimliyi bəlli oldu-


Dünən axşam saat 18:30 radələrində Ağsu-Kürdəmir avtomobil yolunun Muradlı kəndi ərazisindən keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən 6 nəfərin hamısının adı məlum olub.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, ölənlərdən 4-ü Siyəzən, 2-si Ağsu sakinləridir.

06-BC-365 dövlət nömrə nişanlı “VAZ 2106” və 54-BE-811 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində Siyəzən rayon sakinləri, 1988-ci il təvəllüdlü Hüseynov Nazim Əliabbas oğlu, 1994-cü il təvəllüdlü Xankişizadə Mehdi Ağabala oğlu, 1992-ci il təvəllüdlü Bədəlov Orxan Fərhad oğlu, 1986-cı il təvəllüdlü Bayramov Pərviz Əlizahir oğlu aldıqları ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, hadisə zamanı “VAZ 2106”nın sürücüsü, Ağsu sakini, 1962-ci il təvəllüdlü İsmiyev Teymurşah Sırac oğlu və həyat yoldaşı, 1961-ci il təvəllüdlü İsmiyeva Mehparə Yarməmməd qızı aldıqları ağır bədən xəsarətlər səbəbindn hadisə yerində dünyasını dəyişib.

“VAZ 2107”nin sürücüsü, Ağsu sakini,1983-cü il təvəllüdlü Quliyev Səbuhi Təvəkkül oğlu ağır bədən xəsarətləri aldığı üçün Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

***

Ağsuda dəhşətli avtomobil qəzasında ölən 6 nəfərdən ikisi ər və arvaddır.

Bu gün axşam saat 18:30 radələrində Ağsu-Kürdəmir avtomobil yolunun Muradlı kəndi ərazisindən keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən 6 nəfərdən 2-sinin və bir nəfər yaralının adı məlum olub.

06-BC-365 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik avtomobili qarşı tərəfdən gələn 54-BE-811 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı “VAZ 2106”nın sürücüsü, Ağsu sakini, 1962-ci il təvəllüdlü İsmiyev Teymurşah Sırac oğlu və həyat yoldaşı, 1961-ci il təvəllüdlü İsmiyeva Mehparə Yarməmməd qızı aldıqları ağır bədən xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

“VAZ 2107”nin sürücüsü, Ağsu sakini,1983-cü il təvəllüdlü Quliyev Səbuhi Təvəkkül oğlu ağır bədən xəsarətləri aldığı üçün Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılıb. “VAZ 2107”nin sərnişini olan 4 nəfər Siyəzən rayon sakini aldıqları ağır xəsarətlər səbəbindən hadisə yerində ölüb. Hadisə yenicə baş verdiyi üçün onların adlarını hələ ki, müəyyən etmək mümkün deyil. Hadisə yerinə cəlb olunan FHN-nin xilasediciləri müxtəlif kəsici alətlərdən istifadə edərək deformasiyaya uğramış avtomobillərdə sıxılıb qalmış şəxslərin meyitlərini çıxararaq aidiyyati üzrə təhvil veriblər.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


***

Ağsu-Kürdəmir yolunda dəhşətli avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu saat 18.30 radələrində Ağsu rayonunun Muradlı kəndi ərazisində qeydə alınıb.

"VAZ 2106" və "VAZ 2107" markalı avtomobillərin toqquşması nəticəsində altı nəfər ölüb, bir nəfər xəsarət alıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu