Rusiyada dəhşətli yanğında 48 nəfər ölüb- VİDEO


Rusiyada dəhşətli yanğında 48 nəfər ölüb-


Rusiyanın Kemerovo şəhərində yerləşən "Zimnaya vişnya" ticarət-əyləncə mərkəzində ("Qış albalısı") güclü yanğın baş verib.



"Report” TASS-a istinadən xəbər verir ki, faciə nəticəsində ölənlərin sayı 48-ə çatıb, onlarla şəxs isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirilib.

Təqribən 70 nəfər itkin düşmüş hesab olunur.

Yanğın mühafizəsinə dördmərtəbəli ticarət mərkəzində tüstülənmə barədə məlumat bazar günü günorta saatlarında daxil olub. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğının ocağı ticarət mərkəzinin yuxarı mərtəbəsində olub.

Rusiya İstintaq Komitəsi faktla bağlı cinayət işi açıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu