Türkiyədə universitetə silahlı hücum- 4 ölü, 3 yaralı-VİDEO


Türkiyədə universitetə silahlı hücum-


Türkiyədə universitetə silahlı hücum olub.



“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Eskişehir Osmanqazı Universitetinə edilən basqın zamanı 4 təhsil işçisi ölüb, daha 3 nəfər isə yaralanıb.

Dekan müavini Mikayıl Yalçın, fakültə katibi Fatih Özmutlu, araşdırma şöbəsinin işçisi Yasir Ərmağan və professor Sərdar Çağlak dünyasını dəyişib.

Hadisə yerindən qaçmaq istəyən Volkan adlı cinayətkar universitetin təhlükəsizlik xidmətinin işçiləri tərəfindən tutularaq polisə təhvil verilib.

Onun daha əvvəl sözügüdən təhsil ocağında çalışdığı, FETÖ üzvü olduğuna görə universitetdən ixrac edildiyi məlum olub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu