Sumqayıtda itkin düşmüş gənclərin axtarışına vertolyot cəlb edildi


Sumqayıtda itkin düşmüş gənclərin axtarışına vertolyot cəlb edildi


18 aprel 2018-ci il tarixində Sumqayıt şəhəri ərazisindən dənizə çıxdığı ehtimal edilən 2 nəfərin - 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşviq oğlu və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən davam etdirilir.



Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bu gün səhər saatlarından etibarən axtarışlara Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “Mi-17” markalı helikopteri cəlb olunub. Axtarış işləri barədə əlavə məlumat veriləcək.

Sumqayıtda itkin düşmüş gənclərin axtarışına vertolyot cəlb edildi

Sumqayıtda itkin düşmüş gənclərin axtarışına vertolyot cəlb edildi



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu