Azərbaycanda dəhşətli qəza: 2 nəfər öldü, 6 nəfər yaralandı


Azərbaycanda dəhşətli qəza:


Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AFN "Report"a istinadən xəbər verir ki, qəza rayonun Xanqərvənd kənd yolunda qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Yaralılar Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan ikisi azyaşlıdır.

Ölən və yaralananların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu