Sabirabadda pambıqçıları daşıyan lafet aşdı, ana və iki qızı da daxil olmaqla 6 qadın həlak oldu


Sabirabadda pambıqçıları daşıyan lafet aşdı, ana və iki qızı da daxil olmaqla 6 qadın həlak oldu


Sabirabadda traktor qoşqusunun kanala aşması nəticəsində həlak olan qadınlar iki ailənin üzvləridir. Yaxın qohum olan qadınlar pambıq tarlasını alaq etmək üçün gediblər.

Bu barədə virtualaz.org-a Sabirabad rayon Şəhriyar kənd bələdiyyəsinin sədri Əliş Əliyev bildirib. Onun sözlərinə görə, həlak olanların ən kiçiyi 17 yaşındadır.

“Hamısı yaxın qohumlardır, dayıqızı bibi qızıdırlar. Həlak olanlardan biri ana və iki qızıdır. Birinin 17, o birinin 18 yaşı var. Hadisə qoşqu traktordan açılıb düşdüyünə görə baş verib. Hazırda araşdırma aparılır”, - deyə bələdiyyə sədri bildirib.

Əlavə edək ki, ölənlər Bağırova Elnarə İbrahiməjdər qızı, onun qızları Bağırova Fatimə Teymur qızı, Bağırova Zəhra Teymur qızı, onların qohumları İmanova Məlahət Mehbalı qızı, Qasımova Xəyalə Əbülhəsən qızı, Qasımova Günay Tofiq qızıdır.

G.Əliyeva

Virtualaz.org

* * *11:07

Sabirabadda traktorun lafetinin kanala aşması nəticəsində həlak olan qadınların pambıq tarlasında işləməyə aparıldığı bildirilir. Xəbərlərə görə Sabirabad Rayon İcra Hakimiyətinin başçısı Nazim İsmayılov, rayonun polis rəisi, rayonun prokuroru və digər vəzifəli şəxslər hadisə yerindədir.

Sabirabaddan deputat Rüstəm Xəlilov hadisə barədə “Qafqazinfo”ya deyib ki, ölənlər Şəhriyar kəndinin sakinləridir: “ Mən hazırda işdəyəm. Amma hadisə barədə məlumatlıyam. Allah dünyasını dəyişən qadınlara rəhmət eləsin”.

Xatırladaq ki, çoxsaylı insan itkisi ilə nəticələn bu hadisə traktor sürücüsünün cinayətkarcasına səhlənkarlığı ucbatından baş verib. Belə ki, traktor qoşqusunda insan daşınması ciddi səhlənkarlıq və qanun pozuntusudur, digər tərəfdən görünür qoşqu traktora etibarlı bərkidilmədiyi üçün yolda açılıb və kanala aşıb.

* * *10:53

Sabirabad rayonunun Şəhriyar kəndində səhər qadınları tarlaya işləməyə aparan traktorun qoşqusu açılaraq su kollektoruna aşıb.

Hadisə nəticəsində qoşquda olan 7 qadından 5-i hadisə yerində ölüb.

Həlak olan qadınların yaxın qohumlar olduqları deyilir.

* * *09:59

Bu gün səhər saatlarında Sabirabad rayonunun Şəhriyar kəndində 6 nəfərin ölümü ilə nəticələnən ağır qəza baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, kənd sakinlərini tarlaya aparan traktor sərt döngədə idarəetməni itirərək Sabir kanalına aşıb.

Hadisə nəticəsində traktorun qoşqusunda olanlardan 7 nəfərdən 6-sı suda boğularaq dünyasını dəyişib. Həlak olanların hamısının bir ailənin üzvləri olduğu bildirilir.

Hadisə barədə əlavə məlumat veriləcək..

Sabirabadda pambıqçıları daşıyan lafet aşdı, ana və iki qızı da daxil olmaqla 6 qadın həlak oldu

Sabirabadda pambıqçıları daşıyan lafet aşdı, ana və iki qızı da daxil olmaqla 6 qadın həlak oldu

Sabirabadda pambıqçıları daşıyan lafet aşdı, ana və iki qızı da daxil olmaqla 6 qadın həlak oldu

Sabirabadda pambıqçıları daşıyan lafet aşdı, ana və iki qızı da daxil olmaqla 6 qadın həlak oldu

Sabirabadda pambıqçıları daşıyan lafet aşdı, ana və iki qızı da daxil olmaqla 6 qadın həlak oldu

Sabirabadda pambıqçıları daşıyan lafet aşdı, ana və iki qızı da daxil olmaqla 6 qadın həlak oldu

Sabirabadda pambıqçıları daşıyan lafet aşdı, ana və iki qızı da daxil olmaqla 6 qadın həlak oldu

Sabirabadda pambıqçıları daşıyan lafet aşdı, ana və iki qızı da daxil olmaqla 6 qadın həlak oldu



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu