Masallıda güclü yanğın: ölənlərin sayı 3-ə çatıb


Masallıda güclü yanğın:


Masallıda yanğın nəticəsində ölənlərin sayı 3-ə çatıb.

DİN-dən verilən məlumata görə, yanıq xəsarəti almış K.Əzimov xəstəxanaya yerləşdirilib və orada ölüb.

Qeyd edək ki, mayın 8-də gecə saat 2 radələrində Masallı rayonunun Təzə Alvadı kəndində yaşayan Kamran Əzimovun ümumi sahəsi 120 kv.m olan 2 mərtəbəli evində yanğın baş verib.

Yanğın söndürüldükdən sonra K.Əzimovun oğlu Namiqin və gəlini Zeynəbin yanmış meyitləri tapılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu