İsmayıllıda avtomobil körpüsünü sel apardı


İsmayıllıda avtomobil körpüsünü sel apardı


İsmayıllı rayonuna yağan güclü leysan nəticəsində bir körpünü sel aparıb.



Bu barədə “Trend”ə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının I müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Rövşən Ağayev məlumat verib.

Komissiya sədri bildirib ki, rayonun dağlıq ərazisinə yağan güclü yağış və dolu kəndlərdə vətəndaşlara ziyan vurub: "Əsasən, Basqal, Sulut, Köhnə Daxar və Zərnava kəndlərinə dolu düşüb. Hadisə nəticəsində vətəndaşların əkin sahələrinə ciddi ziyan dəyib, Basqal-Sulut yolundakı körpünü sel aparıb.

Hazırda əraziyə texnikalar cəlb edilib və sel aparan körpü bərpa edilir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu