Bakıda daha bir yanğın: FHN 20 nəfəri təxliyə etdi


Bakıda daha bir yanğın:


Bakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 60 m2 olan 2 otaqlı mənzilin eyvanında dolab 5 m2 sahədə yanıb.

AFN FHN-in saytına istinadən xəbər verir ki, hadisə zamanı 20 nəfər bina sakini təxliyə olunub. Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili təxirəsalınmaz tibbi yardım briqadasına təhvil verilib. Vəziyyəti normaldır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
[/related-news]
menyu
menyu