AZAL-ın təyyarəsi havada toqquşdu


AZAL-ın təyyarəsi havada toqquşdu


AZAL-ın sərnişin təyyarəsi Türkiyənin Atatürk Beynəlxalq Hava Limanından uçuş zamanı quşla toqquşduğundan, hava gəmisinin komandiri təyyarəni İstanbul hava limanına geri qaytarıb.

Bu barədə AZAL-ın "Facebook" səhifəsində məlumat yerləşdirilib.

Bildirilib ki, "J2-080" İstanbul (IST) - Bakı (GYD) reysinin sərnişinləri başqa bir təyyarə ilə Bakıya göndəriləcək.

Qeyd edilib ki, aviaşirkətin qaydalarına əsasən, ehtiyac yarandığı təqdirdə yubanan reysin sərnişinləri bütün lazımi hər şeylə təmin olunacaq. Şirkət yaranan narahatlığa görə səyahət edən sərnişinlərdən üzr istəyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu