Yasaqlıqda baş verən yanğın söndürülüb


Yasaqlıqda baş verən yanğın söndürülüb


3 iyun 2018-ci il tarixində saat 17 radələrində Salyan rayonu yaxınlığında yerləşən Bəndovan Dövlət Təbiət Yasaqlığının ərazisində yanğın hadisəsi qeydə alınıb.



Yanğının elektrik dirəyindəki naqildə qısa qapanma nəticəsində baş verdiyi ehtimal olunur. Əsən isti külək səbəbindən alov geniş əraziyə yayılıb.

Hadisə yerinə dərhal ETSN-nin və FHN-nin əməkdaşları cəlb olunub və saat 19-00-da söndürülüb. Yanğın 3 hektar ərazini əhatə edib, quru ot örtüyü yanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu