Bakı metrosunda həyəcanlı anlar: işıqlar söndü


Bakı metrosunda həyəcanlı anlar:


Bakı metrosunun "Gənclik” stansiyasında bu gün saat 09:30 radələrində işıqlar sönüb.

AFN xəbər verir ki, bu barədə məlumatı metbuat.az-a həmin vaxt sözügedən stansiyada olan sərnişinlərdən biri məlumat verib. Bildirib ki, sərnişinlər həmin vaxt narahatlıq hissi yaşayıblar.

Məsələ ilə bağlı Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Metbuat.az-a açıqlamasında hadisənin baş verdiyini təsdiq edib:

"Metropolitenə gələn elektrik xəttində gərginlik düşüb. Həmin anda işıqlar qəfil reaksiya verərək sönüb. Avtomatik olaraq ehtiyat mənbələr qoşulub. Problem təxminən 20-30 saniyə çəkib. Qatarın hərəkəti və sərnişin təhlükəsizliyi ilə bağlı heç bir problem yaşanmayıb”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu