Baku Medikal Plazada ölmüş uşağın cəsədini verməyə 10 min manat istəyirlər- VİDEO


Baku Medikal Plazada ölmüş uşağın cəsədini verməyə 10 min manat istəyirlər-


“Baku Medikal Plaza”da beş yaşlı uşaq həyatını itirib. Körpənin nənəsi Mustafayeva Sona İsmayıl qızının Mer.az-a verdiyi məlumata görə, qızdırma səbəbiylə uşağı sözügedən klinikaya gətiriblər. Əvvəlcə 500 manat depozit, ardınca daha 2000 manat ödəyiblər. Daha sonra valideynlərə bildiriblər ki, uşaq komaya düşüb: “İndi də bizə deyirlər ki, 10 min manat ödəyin, cəsədi sizə təhvil verək”.



Əməkdaşımız məsələylə bağlı klinikanın mühasibatlıq şöbəsində olub. Bildirilib ki, körpənin yaxınlarının dediyi həqiqəti əks etdirmir: “Uşaq ekspertiza rəyi almalı, dəqiq diaqnoz qoyulmalı, əgər həkim səhlənkarlığından ölübsə həmin həkim cəzalanmalı və ölümün səbəbi açıqlanmalıdır”.

Qeyd edək ki, klinikanın mühafizə xidməti çəkiliş aparmaq istəyən əməkdaşımıza qarşı təzyiq göstərib və şikayətçi qismində kameraya danışan nənəni əməkdaşımızdan uzaqlaşdırıblar.

Həmin görüntüləri təqdim edirik:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu