Yardımlıda dağlıq ərazidə yanğın baş verib


Yardımlıda dağlıq ərazidə yanğın baş verib


İyulun 05-də gecə saat 03 radələrində Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin əhatə etdiyi Yardımlı rayonunun Bərican kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın hadisəsi baş verib.



Yanğının söndürülməsi üçün əraziyə dərhal ETSN-nin Regional Meşə Təsərrüfatı Mərkəzlərinin və FHN-nin Yanğından Mühafizə Dəstəsinin əməkdaşları cəlb edilib.

Yanğın 1 hektar ərazini əhatə edir. Ərazidəki quru ot örtüyü və xırda kollar yanıb.

Hazırda yanğının söndürülməsi üçün operativ tədbirlər görülür, yanğın lokallaşdırılır.

ETSN əhalini meşədə istirahət edərkən məsuliyyətli, odla ehtiyatlı olmağa, xüsusilə havaların isti keçməsi ilə əlaqədar yanğın təhlükəsizliyi normalarına riayət etməyə çağırır. Əks halda baş vermiş yanğın qarşısı alınmaz nəticələrə səbəb olar, meşə örtüyünə ciddi ziyan dəyər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu