Bakıda yol çökdü- FOTOLAR


Bakıda yol çökdü-


Bu gecə Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində yolun hərəkət hissəsində çökmə qeydə alınıb. Çökmə 2-3 metr dərinlikdə və təqribən 150 kv.m sahədə baş verib.



“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilkin ehtimala görə, çökmənin yaxınlıqda aparılan metro tikintisi səbəbindən baş verdiyini bildirib.

“Hazırda əraziyə Dövlət Agentliyinin və aidiyyəti qurumların əməkdaşları tərəfindən baxış keçirilir və fəsadların aradan qaldırılması istiqamətində addımlar atılır”.

A.Nəcəfli qeyd edib ki, çökmənin dəqiq səbəbləri barədə məlumat araşdırmadan sonra veriləcək.

Qeyd edək ki, sözügedən yol 7-8 il bundan öncə "Bakı Metropoliteni" tərəfindən metro tikintisi səbəbindən alternativ yol olaraq salınıb.

Bakıda yol çökdü-

Bakıda yol çökdü-

Bakıda yol çökdü-

Bakıda yol çökdü-

Bakıda yol çökdü-

Bakıda yol çökdü-



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu