“Neftçilər”də qatar 22 yaşlı oğlanı vurub


“Neftçilər”də qatar 22 yaşlı oğlanı vurub


Bu gün “Neftçilər” metrostansiyasında qatar platformada dayanan gənci vurub.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, sərnişin, 1996-cı il təvəllüdlü Orxan Qurbanov qatar gələn zaman digər vətəndaşlardan önə keçməyə çalışıb: “Nəticədə o, sərnişinlərin hüdud xəttini keçib, qatarın güzgüsü sərnişinin qoluna dəyib və sərnişin yerə yıxılıb, eynəyinin güzgüsü onun alnını kəsib. Sərnişin təcili tibbi yardımın çağırılmasını istəməyib. Bununla belə, hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Xəsarət yüngül olub”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu