Kişi bilmədən həyat yoldaşını öldürdü- Azərbaycanda


Kişi bilmədən həyat yoldaşını öldürdü-


Neftçala rayonunda avtomobil qadını vuraraq öldürüb.



“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Aşağı Qaramanlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, kişi avtomobili arxaya sürmək istəyən zaman həyat yoldaşını vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan 1957-ci il təvəllüdlü Məmmədova Fizzə Rüstəm qızı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Qadın əməliyyat olunmağa aparılarkən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu