Şəmkirdə ağır yol qəzası- Ölən və yaralananlar var


Şəmkirdə ağır yol qəzası-


Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.



DİN-dən verilən məlumta görə, rayonun Düyərli kəndi ərazisində Bakı şəhər sakini Vüqar Vəliyevin idarə etdiyi BMW və Abşeron rayon sakini Mais Mirzəyevin idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşub.

Nəticədə M.Mirzəyev və sərnişin Rəsul Əliyev hadisə yerində ölüb, digər sərnişin və BMW-nin sürücüsü V.Vəliyev xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu