Bakıda dəmir yolu stansiyasında faciə: sürücü yükün altında can verdi


Bakıda dəmir yolu stansiyasında faciə:


Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.



AFN publika.az-a xəbər verir ki, Nərimanov rayonu ərazisində - Keşlə dəmir yolu yük stansiyasında anbardan "Qazel” markalı yük maşınına taxta materiallar yüklənərkən ehtiyatsızlıqdan qəza baş verib. Belə ki, yüklənən ağır materiallar birdən-birə sürüşərək kənarda dayanmış sürücü, 1959-cu il təvəllüdlü Sadıqov Xıdır İdris oğlunun üstünə düşüb.

Xeyli çəkisi olan yükün altında qalan sürücü hadisə yerində vəfat edib.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu