“BakuBus”a məxsus 3 avtobus toqquşub


“BakuBus”a məxsus 3 avtobus toqquşub


Ötən gecə Bakıda “BakuBus” MMC-yə məxsus 3 marşrut avtobusu toqquşub.

Hadisə Zığ yolunda qeydə alınıb. Toqquşmadan sonra avtobuslardan biri hərəkətdə olan “Mercedes” markalı minik avtomobilinə dəyib. Avtobusların arxa, ön və yan hissələri əzilib, hər üçünə ciddi ziyan dəyib. Hadisə zamanı xəsarət alan olmayıb.

Bakı Nəqliyyat Agentliyi mətbuat xidmətinin rəhbəri Mais Ağayev virtualaz.org-a açıqlamasında bildirib ki, hadisə avtobuslar depoya gedən zaman baş verib. Ehtimal olunur ki, qəzaya yolun sürüşkən olması səbəb olub.

“Avtobuslar normal sürətlə depoya gediblər. “BakuBus” avtobuslarına texniki baxımdan sürət həddi qoyulub, yəni sürücü istəsə belə avtobusu sürətlə sürə bilməz. Yağış yağıdığı üçün yol sürüşkən olub. Ehtimal olunur ki, qəzaya yolun sürüşkən olması səbəb olub”.

M. Ağayev həmçinin qeyd edib ki, qəzanın dəqiq səbəbi araşdırmadan sonra məlum olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu