Dağıstanda ölən azərbaycanlıların kimliyi məlum olub


Dağıstanda ölən azərbaycanlıların kimliyi məlum olub


Dağıstanda tikintidə ölən azərbaycanlıların şəxsiyyətləri məlum olub.



AFN Report-a istinadən xəbər verir ki, oktyabrın 23-də Dərbəndin Salman küçəsində tikilməkdə olan binadan yıxılaraq ölən şəxslər Zaqatala rayon Suvagil kənd sakinləri - 1959-cu il təvəllüdlü Nəsib Mikayıl oğlu İsgəndərov, 1973-cü il təvəllüdlü Camal Kamal oğlu Zəkəriyev və 1963-cü il təvəllüdlü Zərbalı Taleh oğlu Əhmədovdur.

Hexoral_in-page ƏTRAFLI

Faciəli şəkildə ölən fəhlələr bu gün Zaqatalaya gətirilərək doğulduqları Suvagil kəndində torpağa tapşırılıblar.

Qeyd edək ki, oktyabrın 23-də Dərbəndin Salman küçəsində tikilməkdə olan binanın yanında 3 meyit aşkarlanıb. Araşdırmalar zamanı ölən şəxslərin Azərbaycan vətəndaşları olduğu müəyyənləşib. Məlum olub ki, Azərbaycan vətəndaşları hündürlükdə işləyən zaman texniki təhlükəsizlik qaydalarını pozaraq sığorta kəmərindən istifadə etməyiblər. Onların üzərində olduqları iş platformasının trosu qırılıb və sürüşmə baş verib. Bu zaman yüksəklikdən yerə yıxılan fəhlələr aldıqları xəsarətlərdən oradaca keçiniblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu