ETSN: Qızılağac Milli Parkında baş verən yangın söndürülüb


ETSN:


25 oktyabr 2018-ci il tarixində saat 21:30 radələrində Qızılağac Milli Parkı ərazisinin Kiçik Körfəz sahəsində yanğın hadisəsi baş verib.



Nazirlikdən AFN-ə verilən məlumatda bildirilir ki, yanğının söndürülməsinə dərhal Milli Parkın əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri cəlb olunub. Yanğın su akvatoriyasının daxilində olan qamışlıqda baş verdiyindən texnikanın əraziyə keçməsində çətinliklər yaranıb, əsasən əl əməyindən istifadə edilib. Görülən operativ tədbirlər nəticəsində yanğın gecə saatlarında söndürülüb.

Yanğın nəticəsində bir neçə hektar qamış örtüyü yanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu