Gəncədə dağıntılar altından daha 2 nəfərin meyiti çıxarıldı-FOTO+VİDEO+YENİLƏNİB


Gəncədə dağıntılar altından daha 2 nəfərin meyiti çıxarıldı-FOTO+VİDEO+YENİLƏNİB


Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanı dağıntılar altında qalan daha iki nəfərin meyiti çıxarılıb.



AFN-in report-a istinadən məlumatına görə, dağıntılar altından 1971-ci il təvəllüdlü Nigar Tağı qızı Tağıyeva və onun oğlu 1994-cü il təvəllüdlü Hüseyn Oktay oğlu Heydərovun meyiti tapılaraq çıxarılıb.

N.Tağıyevanın orta məktəb müəllimi olduğu bildirilir.

Axtrışlar davam etdirilir.

Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanı ölən və yaralanan şəxsin adı məlum olub.



AFN report-a istinadən xəbər verir ki, dağıntılar altından hələlik bir nəfərin meyiti çıxarılıb. Bu, 1994-cü il təvəllüdlü Cumal Taleh oğlu Cumalzadədir. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Gəncə şəhər şöbəsinə yerləşdirilib.

Dağıntılar altından çıxarılan yaralı, 1997-ci il təvəllüdlü Orxan Oktay oğlu Məmmədov Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasdına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

****

Gəncə şəhərində dördmərtəbəli binada partlayış olub.

AFN Report-a istinadən xəbər verir ki, hadisə şəhərdə yerləşən "Füzuli" parkının yaxınlığında, Şahlar Hüseynov küçəsi, bina 13-də baş verib.

Nəticədə 3-cü blokun bir hissəsi çöküb.

Hələlik şəxsiyyəti məlum olmayan gənc oğlanın meyiti dağıntılar altından çıxarılaraq adiyyəti üzrə təhvil verilib. İlkin məlumatlara görə, bir neçə nəfər dağıntılar arasından xilasedicilər tərəfindən yaralı vəziyyətdə çıxarılılb.

Baş verən partlayış zamanı iki ailə dağıntılar altında qalıb. Bu barədə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini, şəhər Fövqəladə Hallar Komissiyasının sədri Mikayıl Zeynalov deyib.

O, bildirib ki, ərazidə xilas etmə işləri davam etdirilir: "Bu gün səhər saatlarında Gəncə Şəhər İcra Hakimiyyətinə yaşayış binasında uçqun olması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə əməkdaşlarımız tərəfindən baxış keçirilib. Xilasedicilər tərəfindən xilasetmə əməliyyatlarına başlaınılıb, bütün lazımi texnikalar əraziyə cəlb olunub”.

M.Zeynalov əlavə edib ki, uçqun zamanı 4 mənzildə dağıntılar qeydə alınıb: "İlkin araşdırmalar nəticəsində məlum olub ki, iki evdə yaşayış olmayıb. Digər evlərdə yaşayan ailələrin kimlikləri dəqiqləşdirilir. Hazırda mütəxəssislər tərəfindən binaya baxış keçirilir. Əgər yaşayış binasındakı digər mənzillərdə yaşayan sakinlərin həyatı üçün təhlükə yaranarsa, onlar da təxliyə edilərək başqa ərazilərə köçürüləcək”.



Gəncədə dağıntılar altından daha 2 nəfərin meyiti çıxarıldı-FOTO+VİDEO+YENİLƏNİB

Gəncədə dağıntılar altından daha 2 nəfərin meyiti çıxarıldı-FOTO+VİDEO+YENİLƏNİB

Gəncədə dağıntılar altından daha 2 nəfərin meyiti çıxarıldı-FOTO+VİDEO+YENİLƏNİB

Gəncədə dağıntılar altından daha 2 nəfərin meyiti çıxarıldı-FOTO+VİDEO+YENİLƏNİB



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu