Bakıda dəhşətli qəza: 4 nəfər öldü


Bakıda dəhşətli qəza:


Bakıda 4 nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.



AFN Report-a istinadən xəbər verir ki, hadisə Qala-Pirallahı yolunun 14-cü kilometrliyində qeydə alınıb. Namiq Zülfüqarovun idarə etdiyi "Chevrolet” markalı, 90 RR 974 dövlət nömrə nişanlı avtomobil Ümid Alxasovun idarə etdiyi "Kamaz" markalı, 27 BM 301 dövlət qeydiyyat nişanlı yük maşını ilə toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişinləri - Cəlilov Tərlan Zakir oğlu, Qarayev Şahin Canəhməd oğlu və Qarayev Anar Qərib oğlu hadisə yerində ölüblər. Digər sərnişin Qəribov Emin Qəribşah oğlu isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Pirallahı rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu