Bakıda yeni tikilən 20 mərtəbəli binada faciə: ölən var


Bakıda yeni tikilən 20 mərtəbəli binada faciə:


Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.



AFN publika.az-a istinadən xəbər verir ki, Xətai rayonu ərazisində - Zığ yolu küçəsi 8 ünvanında tikilən 20 mərtəbəli "Skyland" yaşayış binasında işləyən fəhlə hümdürlükdən yıxılıb.

Belə ki, 12-ci mərtəbədə yük boşaldılması zamanı müvazinətini itirən 1963-cü il təvəllüdlü Süleymanov İlham Həsən oğlu yıxılaraq 3-cü mərtəbədəki meydançanın üstünə düşüb. O, hadisə yerindəcə keçinib.

Faktla bağlı Xətai rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu