Masallıda qaz sızmasından partlayış: 1 ölü, 2 yaralı


Masallıda qaz sızmasından partlayış:


Masallı rayonun Sığıncaq kəndi ərazisində yaşayış evinin qarajında qaz sızması nəticəsində partlayış baş verib.

Bu barədə modern.az-a Səhiyyə Nazirliyinin əməkdaşı Səfayə Əhmədova bildirib.

O qeyd edib ki, hadisə nəticəsində bir ailənin iki üzvü - Müseyibov Əli Əbülfəz oğlu, Müseyibov Məhəmməd Əbülfəz oğlu və yaxın qohum Kərimov Sənan ağır yanıq xəsarətləri alıblar:

"Dərhal hadisə yerinə gələn Masallı rayon Təcili Yardım Xidməti tərəfindən yanan şəxslər xəstəxanaya çatdırılıb. Lazımi ilkin reanimasyon yardımlardan sonra hər biri Təcili Yardım maşınları ilə Respublika Yanıq Mərkəzinə gətirilib.

Mərkəzin mütəxəssisləri tərindən konsilium təşkil edilib. Reanimasiyon tədbirlər görülüb. Lakin buna baxmayaraq bədən sətinin 100 faiz termiki yanığı, tənəffüs yollarının tamamən yanığı diaqnozu qoyulan Müseyibov Əli Əbülfəz oğlu (2005-ciil təvəllüdlü) dünyasını dəyişib”.

Nazirlik rəsmisinin sözlərinə görə, Müseyibov Məhəmməd (2010 –cu il təvəllüdlü) və Kərimov Sənan (2006-cı il təvəllüdlü)bədən sətinin 65-70 faiz termiki yanığı və tənəffüs yollarının yanığı diaqnozu ilə müalicələri davam edir, vəziyyətləri ağırdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu