Bakı metrosunda sərnişin öldü


Bakı metrosunda sərnişin öldü


Bakı metrosunda ölüm hadisəsi qeydə alınıb.



"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun Modern.az-a verdiyi məlumata görə, hadisə axşam saatlarında baş verib: "Həzi Aslanov” stansiyasından hərəkətdə olan qatar "Ulduz" stansiyasına yaxınlaşarkən bir nəfər sərnişin özünü pis hiss edib. Sərnişin "Ulduz" stansiyasında düşürülüb və təcili tibbi yardım briqadası çağırılıb. Sərnişin stansiyada dünyasını dəyişib.

Araşdırmalar zamanı həmin şəxsin Bakı şəhər sakini, 1953-cü il təvəllüdlü Mahir Kazımov olduğu müəyyən edilib”.

Meyit aidiyyəti üzrə təhvil verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu