Gənc idmançı avtomobil qəzasında həyatını itirdi


Gənc idmançı avtomobil qəzasında həyatını itirdi


Azərbaycan Kikboksinq Federasiyasının üzvü, "Şahdağ Quba" idman klubunun kikboksçusu, "Baku Open" 2018 turnirinin qalibi Coşqun Qasımov avtomobil qəzasında dünyasını dəyişib



Bu barədə məlumatı federasiyasının vitse-prezidenti, dünya çempionu Güloğlan Cabbarov verib:

“Bu gün Quba şəhərində maşın qəzasında həyatını itirən gənc kikboksçumuza Allah rəhmət eləsin. Mərhum kikboksçu məşqlərini "Şahdağ Quba" idman klubunun baş məşqçisi Telman Məhərrəmovun yanında davam etdirirdi. Böyük dərddir. Federasiyasının perspektivli idmançılarımızdan sayılırdı. Onun uğurları qarşıda idi. Azərbaycan kikboksinqinin və ölkə idmanının başı sağ olsun”.

Elnur Eltürk



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu