“Qurtuluş-93”dəki yanğında 4 polis tüstüdən zəhərlənib


“Qurtuluş-93”dəki yanğında 4 polis tüstüdən zəhərlənib


Fevralın 20-də gecə saat 3 radələrində Abşeron rayonu Masazır qəsəbəsinin “Qurtuluş-93” yaşayış sahəsindəki 8 saylı binanın 1-ci mərtəbəsində yerləşən elektrik şitində yanğın baş verib.



DİN Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin aidiyyatı qurumları hadisə yerinə gəliblər. Sakinlər təxliyyə olunub, onların təhlükəsizliyi təmin edilib, yanğın söndürülüb.

Təxliyyə zamanı Abşeron Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları, polis serjantları İlkin Kərimov, Elməddin Alıyev, Bəhruz Heydərli və Kamil Həsənov tüstüdən zəhərləndikləri üçün Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriliblər, onlara ilkin tibbi yardım göstərilib.

Hazırda polis əməkdaşlarının vəziyyəti normaldır və xidmətlərini davam etdirirlər.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu