Tovuzda partlayış- 2 nəfər dağıntılar altından çıxarılıb


Tovuzda partlayış-


Tovuzda partlayış baş verib.



AFN Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, rayonun Aşağı Öysüzlü kəndində ümumi sahəsi 40 m² olan birmərtəbəli fərdi yaşayış evində partlayış qeydə alınıb. Yanğın hadisəsi olmayıb.

Partlayış zamanı evdə sahəsi 20 m² olan bir otaq və bitişik talvar uçub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 2 nəfəri dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu