İsmayıllıda dəhşətli qəza: ölənlər və yaralanan var


İsmayıllıda dəhşətli qəza:


İsmayıllı rayonunda ağır yol qəzası baş verib.



AFN "Report"a istinadən xəbər verir ki, hadisə İsmayıllı-Lahıc-Dəmirçi yolunun 5-ci kilometrliyində, rayonun Əhən kəndi ərazisində baş verib.

Lahıcdan Şamaxı istiqamətində hərəkət edən BMW markalı minik avtomobilinin sürücüsü nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarına aşıb.

Qəza zamanı 3 nəfər hadisə yerində ölüb. Daha 1 nəfər isə ağır xəsarətlə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu