İdmançıları aparan mikroavtobus Salyanda qəzaya uğradı: ölən var


İdmançıları aparan mikroavtobus Salyanda qəzaya uğradı:


Bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonundan keçən 72-ci kilometrində ağır yol-nəqliyyat hadisəsi baş verib.



Virtualaz.org-un məlumatına görə, Şirvan şəhərindən yeniyetmə güləşçiləri Cəlilabad şəhərində keçiriləcək yarışa daşıyan "Mercedes Vito " markalı, 90 SL 765 dövlət nömrə nişanlı mikroavtobus idarəetməni itirərək aşıb.

Hadisə nəticəsində avtomaşında olan 11 yaşlı güləşçi dünyasını dəyişib, 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına gətirilib.

Hadisə barədə əlavə məlumat veriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu